Bakı Dövlət Universitetinin (BDU) könüllüləri və BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin birgə təşkilatçılığı ilə liseyin VI sinif şagirdləri arasında Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş ” Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Oyun 6 mövzu və hər mövzu üzrə 5 sual olmaqla təşkil olunub.
Şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xidmət edən oyunda 3 komanda iştirak edib. Oyunun qalibi “Qarabağ” komandası olub. Yarışın sonunda qalib komanda üzvləri sertifikatlarla təltif olunublar.