Kambocanın Baş naziri Hun Sen G20 toplantısında iştirak etmək üçün İndoneziyaya gəlib. Lakin Baş nazir iclasda iştirak edə bilməyib.
Modern.az xəbər verir ki, buna səbəb Hun Senin COVID-19 testinin müsbət çıxması olub.
Bu gün nümayəndə heyəti ilə Kambocaya dönəcəyi bildirilən Hun Sen, “Bu virusun mənə nə vaxt yoluxduğunu bilmirəm. İndoneziya səlahiyyətliləri məndən nümunələr götürdülər və səhər saatlarında COVID-19 üçün müsbət olduğum təsdiqləndi”, – deyə sosial şəbəkə hesabından açıqlama verib.