Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinin Axalkalaki bələdiyyəsinin Bavra kəndi yaxınlığındakı gölün sahillərində balıqların kütləvi ölümü müşahidə olunub.
Bu gün səhər insanlar gölün sahilində minlərlə ölü balıq aşkar ediblər.
Faktla bağlı Gürcüstanın bütün aidiyyəti dövlət qurumları məlumatlandırılıb, balıqlardan və sudan analiz nümunələri götülüb. Hələlik balıqların kütləvi qırğınının səbəbi məlum deyil. Bəzi mütəxəssislər balıqların kütləvi qırğınını suda oksigen çatışmazlığı, həddən artıq xlorid məhlulunun axıdılması və ya xəstəliklə əlaqədar olduğunu söyləyirlər. Lakin, onların bu mülahizələri qəbul olunmayıb.
Qeyd olunur ki, kənd əhalisi həmin göldən balıq tutmaqla yanaşı iri buynuzlu heyvanların və kənd təsərrüfatı sahələrinin suvarılması üçün istifadə edirlər.