Sənə ya Masazırdakı gölün içərisindən, ya da vulkanın yanında yer verə bilərəm. Çünki mən hərracı yalnız orda həyata keçirə bilirəm. Boş görünən digər yerlərin hamısının sahibləri var.
Milletinsesi.az xəbər verir ki, bu sözləri Masazır Bələdiyyəsinin sədri Siyanfər Əliyev fərdi ev tikmək üçün torpaq istəyən ikinci qrup Qarabağ əlili Valeh Əlifağa oğluna deyib. Qarabağ əlili isə “mülləim mən üzmək üçün göl, ölmək üçün puskürən vulkanın yanında yer istəmirəm. Yaşamaq üçün ev tikməyə torpaq istəyirəm” deyə cavab verib.
Ömürülük bələdiyyə sədri işlədiyi müddətə Masazırın bütün əlverişli torpaqlarını öz yaxın ətrafının və qohumlarının adına sənədləşdirərək, fantastik həddə varlanıb. Bu yaxınlarda o, qohumunun adına saxta yolla sənədləşdirdiyi torpaq sahəsindən 50 sotunu kəsib 500 min manata satıb. Həmin ərazi “Viktoriya” yaşayış kompleksinin arxasında yerləşir və əvvəllər bura el arsında ”it bağlanan” yer adlanırmış. Görəsən bələdiyyə sədri vulakanın yanında və göllərin içərisindəki, daima insan üçün təhlükəli olan belə yerləri vətəndaşlara necə və hansı yolla satır?Yoxsa oralar kasıb vətəndaşlar üçün gerdər-gəlməz yerlərdir? Yəqin ki, milyoner sədr pulu olan şəxslərə öz bahalı yerlərindən satır.
Növbəti sayımızda biləcəksiz: Ziyanfər Əliyev bələdədiyyədən uzaqlaşdırdığı keçmiş müavini ilə niyə dalaşıb? Öldürdüyü iddia edilmiş bələdiyyə müfəttişinin atasının ölümündə də Syanfərin rolu olubmu?