Noyabrın 30-da bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib. Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən mərasimdə təltif edilən digər təhsil işçiləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynova da elm və təhsil naziri Emin Əmrullayev tərəfindən “Tərəqqi” medalı təqdim edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
Sərəncama əsasən, Akademiyanın əməkdaşı İslam Hüseynov Azərbaycan təhsilinin inkişafında səmərəli xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi adından İslam müəllimi təbrik edir, ölkəmizdə təhsilin davamlı inkişafı naminə şərəfli fəaliyyətində yeni nailiyyətlər arzu edirik.