Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Bakı Baş Gömürk İdarəsində apardığı yoxlama nəticəsində üzə çıxan nəhəng korrupsiya faktını hazırda Dövlət Təhlükəsizliyi Xidməti araşdırır.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Nizami Məcidovun “Yeni Sözçü” qəzetinin baş redaktoru Arzuman Loğmanoğluna ünavanlanmış 09 iyul 2019-cu il tarixli, DX-03/02-03-709 saylı məktubunda deyilir: “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsinin qərarlarının icrası olaraq Azərbaycan Respublikası Dövlət Gömürk Komitəsinin Bakı Baş Gömürk İdarəsinin 01 yanvar 2016-cı il tarixdən 27 may 2018-ci il tarixədək olan dövrdə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmış və yoxlamanın nəticələrinə dair tərtib edilmiş sənədlər aidiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir”.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Nizami Məcidovun cavab məktubundan aydın olur ki, Dövlət Maliyyə Nəzarəti Xidməti Bakı Baş Gömürk İdarəsinin 01 yanvar 2016-cı il tarixdən 27 may 2018-ci il tarixədək olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətini Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsinin qərarları əsasında yoxlayıb.
Həmin yoxlama nəticəsində məlum olub ki, Bakı Baş Gömürk İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə Amanulla qızı Məmmədova 01 yanvar 2016-cı ildən 27 may 2018-ci ilə kimi gəlir vergisi, məcburi dövlət sosial sığorta haqlarını və digər ödəmələri təyinatına uyğun tam ödəməyərək əsas hissəini, yəni 2 630870 (iki milyon altı yüz otuz min səkkiz yüz yetmiş) manatı həmin zaman Baş İdarənin rəisi olan, gömürk xidməti general-mayoru Vüsal Zeynal oğlu Novruzovun plastik kartına köçürüb.
Beləliklə 17 ay ərzində hər ay təxminən 154757 (yüz əlli dörd min yeddiyüz əlli yeddi) manat təyinatından yayındırılaraq Bakı Baş Gömürk İdarəsi, gömürk xidməti general-mayoru Vüsal Novruzovun plastik kartına köçürüb. Bu maliyyə fırıldağının reallaşması zamanı Nazilə Məmmədova özünün plastik kartına 77090 (yetmiş yeddi min doxsan) manat köçürüb.
Bundan başqa Bakı Baş Gömürk İdarəsinin 256 nəfər əməkdaşının plastik kartına 142800 (yüz qırx iki min səkkiz yüz manat), Baş idarədə işləməyən 10 nəfər kənar şəxsin plastik kartına 430520 (dörd yüz otuz min beş yüz iyirmi) manat pul köçürülüb.
Bütün bu məlumatlar Dövlət Maliyyə Nəzarəti Xidmətin rəisi Cavanşir Yusifovun Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə 01 may 2019-cu il tarixdə DX-03/02-03-438 saylı məktubda da əskini tapıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə Dövlət Maliyyə Nəzarəti Xidmətin rəisi Cavanşir Yusifovun Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə 01 may 2019-cu il tarixdə DX-03/02-03-438 saylı məktubuna cavab olaraq 1000/623 Ş saylı, 20.06.2019-cu il tarixli əmri ilə Bakı Baş Gömürk İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə Amanulla qızı Məmmədova “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 6-cı bəndinə əsasən tutduğu vəzifədən azad edib və DGK-nin sərəncamına götürüb.
Bakı Baş Gömürk İdarəsinin rəisi Vüsal Zeynal oğlu Novruzovun nəhəng korrupsiya əməlinə isə hansı hüquqi qiymət verildiyi, onun plastik kartına köçrülmüş 2 630870 (iki milyon altı yüz oyuz min səkkiz yüz yetmiş) manatın, eləcə də Nazilə Məmmədova özünün plastik kartına köçürülən 77090 (yetmiş yeddi min doxsan) manatın, Bakı Baş Gömürk İdarəsinin 256 nəfər əməkdaşının plastik kartına köçürülən 142800 (yüz qırx iki min səkkiz yüz) manatın və ən nəhayət Baş idarədə işləməyən 10 nəfər kənar şəxsin plastik kartına köçürülə 430520 (dörd yüz otuz min beş yüz iyirmi) manatın, yəni cəmi 3281280 (üç milyon ikiyüz səksən bir min ikiyüz səksən) manatın taleyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Bu nəhəng korrupsiya faktında diqqəti cəlb edən əsas məsələlərdən biri də Bakı Baş Gömürk İdarəsinin 256 nəfər əməkdaşının plastik kartına cəmi 142800 (yüz qırx iki min səkkiz yüz) manat, yəni hər birinin plastik kartına orta hesabla 557.8125 manat köçürüldüyü halda, Baş idarədə işləməyən 10 nəfər kənar şəxsin plastik kartına köçürülə 430520 (dörd yüz otuz min beş yüz iyirmi) manat, yəni hər birinin plastik kartına orta 43.052 manat köçürülüb.
Bakı Baş Gömürk İdarəsində işləməyən, ancaq plastik kartlarına 430520 (dörd yüz otuz min beş yüz iyirmi) manat köçürülən şəxslərin general Vüsal Novruzova yaxın şəxs olduqları haqqında iddialar var. Bu iddialara, eləcə də Vüsal Növruzovun əməlinə hansı hüquqi qiymətin verilməsi ilə bağlı araşdırmalar isə hələlik istənilən nəticə verməyib.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəis vəzifəsini icra edən Nizami Məcidovun məktubunda yoxlamanın nəticələrinə dair tərtib edilmiş sənədlərin aidiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində olduğuna istinad edərək əlavə məlumat almaq üçün bu quruma müraciət etməyi məqsədə müfaviq hesab edir.
İndi söz Dövlət Təhlükəsizliyi Xidmətindir. Dövlət Təhlükəsizliyi Xidmətinə hazırda həm peşəkarlığı, həm də korrupsiya ilə mübarizə aparmaq sahəsində təcrübəsi ilə sələflərindən fərqlənən Əli Nağıyev kimi peşəkar şəxsin rəhbərlik etməsi Bakı Baş Gömrük İdarəsində baş vermiş nəhəng korrupsiyaya qanun vericiliyə uyğun ən sərt tədbirin görüləcəyi ilə bağlı ümidlər yaradır. Bu ümidlərin doğrulub-doğrulmayacağını isə yaxın zamanlarda görəcəyik.