Gömrükçülər 19 min dollar xarici valyuta müsadirə edib

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

Bu barədə Milletinsesi.az -a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Azərbaycan istiqamətindən “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi “İveco” markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Sürücü avtomobildə 1000 ABŞ dolları və 58 000 Rus rublu olduğunu bəyan edib.

Yoxlama zamanı isə nəqliyyat vasitəsinin salonunda, sənədlər üçün nəzərdə tutulan çantanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 19 000 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.

Share: