“Google” Təhlükəsizlik Komandası azərbaycanlı gənc Veysel Xankişiyevə sistemin “Ququl Əds” servisində boşluq (“bug”) tapdığına görə ona təşəkkürünü bildirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Report-a gənc proqramçı özü məlumat verib.
Məlumata görə, o, servisin Təhlükəsizlik Komandasının mütəxəssisindən rəsmi məktub alıb.
Məktubda boşluğun qeydə alındığı və V.Xankişiyevə təşəkkür edilib. Daha sonra 22 yaşlı gənc Quqlun “Boşluq Ovçusu” (“Bug Hunter”) siyahısına düşüb.
Qeyd edək ki, bu, 21 yaşlı tələbənin ilk işi deyil. O daha öncə həm Azərbaycan, həm də xaricdəki Arizona Universiteti, “Microsoft”, Harvard Universiteti və s. kimi dövlət müəssisələri və şirkətlərin veb-saytlarında bir sıra boşluqlar tapıb. Əslən Füzulidən olan V.Xankişiyev Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.