Amerikada yaşayan 32 yaşlı Lance Vootonu görənlər gözlərinə inana bilmir.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Halloven bayramında taxma saqqal əvəzinə öz saqqalını uzatmağa qərar verən adam 5 ildir ki, saqqalına toxunmur.
İnformasiya şefi olan adam 2014-cü ildə cadugərlər bayramı kostyumu üçün dəniz qulduru olmağa qərar verib və taxma saqqal əvəzinə öz saqqalını uzatmaq istəyib.
Oktyabr ayının sonuna doğru uzanan saqqqalının fotosunu paylaşıb və foto saqqal yarışmasına ev sahibliyi edən bir şirkətin diqqətini çəkib.
32 yaşlı Vooton son 5 ildə 30-dan çox saqqal yarışmasına qatılıb. Amerika Birləşmiş Dövlətlərindəki “Full Beard Natural”in ikincisi və beynəlxalq sahədə “Full Beard Natural”in dördüncüsü olub.