Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə avtomobil yolunun Goranboy rayon Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilin maneə çırpılması nəticəsində 1977-ci il təvəllüdlü Sevinc Nuriyeva xəsarət alıb və xəstəxanaya aparılıb.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.