Goranboyda baba və nəvə DÖYÜLÜB

Goranboy rayon Polis Şöbəsinə rayonun Qarasüleymanlı kənd sakinləri 1999-cu il təvəllüdlü M. Mahmudov və 1943-cü il təvəllüdlü V. Nəbiyevin döyülməsi və müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

DİN rəsmisi qeyd edib ki, araşdırmalar zamanı həmin şəxslərlə şəxsi münasibətlər zəminində dalaşaraq bədən xəsarətləri yetirən şəxsin R. Atakişiyev olması müəyyən edilib.

 

“Faktla bağlı araşdırmalar davam etdirilir”.

 

Qeyd edək ki, hadisədə zərərçəkənlər baba və nəvədir.

Mənbə

Share: