“Göygöl” də qudalar bir-birini bıçaqladı

“Göygöl” də qudalar bir-birini bıçaqladı

Göygöl rayonunda ər-arvadın davası qudalar arasında bıçaqlanmaya səbəb olub.

Millətin Səsi.az  Oxu.az-a istinadla xəbər verir ki, hadisə Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində baş verib.

Kənd sakini Coşqun Məmmədov (soyad şərtidir) Aytacla ailə həyatı qurur. Bir müddətdən sonra cütlük arasında mübahisə yaranır və Aytac atası evinə gedir. Coşqunun atası Xəyal dəfələrlə gəlinini geri qaytarmağa cəhd etsə də, gəlinin valideynləri buna razı olmurlar.

Sonuncu dəfə Xəyal gəlinini gətirmək məqsədi ilə Aytacın atası Pərviz Əliyevə (soyad şərtidir) zəng edib və onunla görüşmək istəyib. Pərvizlə Xəyal küçədə görüşüb söhbət edərkən aralarında mübahisə başlayıb. Mübahisə davaya çevrilib və nəticədə Pərviz üzərində gəzdirdiyi bıçaqla Xəyala bir neçə zərbə endirib. O, Xəyalı bıçaqlayandan sonra hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Pərviz Məmmədov saxlanılıaraq istintaqa təhvil verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Əliyev 4 il azadlıqdan məhrum edilib.

Share: