Göygöldə məktəblini avtomobil vurub

Göygöldə məktəblini avtomobil vurub

Göygöl rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Göygöl şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 7 yaşlı T.Vəlizadəni avtomobil vurub.

Məktəbli müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: