Göygöl rayonunda törədilmiş oğurluq əməlinin üstü açılıb.
Milletinsesi.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisindəki evlərin birindən içərisində 980 manat və 9950 ABŞ dolları, habelə 10.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Dursunov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.