
Hadisə Türkiyənin Əsənyurd bölgəsində baş verib.
Əsənyurddakı gözəllik mərkəzində heç bir ödəniş etmədən baxım seansı keçirmək istəyən iki əcnəbi qadın və iş yeri işçisi arasında dava düşüb.
Moderator.az xəbər verir ki, hadisə ötən bazar ertəsi saat 12:00 radələrində Əsənyurd Doğan Araslı bulvarında yerləşən gözəllik salonunda baş verib.
İddiaya görə, salona gələn iki əcnəbi qadın iş sahibi ilə danışıb və dəriyə qulluq prosedurunu istəyib. İş yerindən bir neçə qulluq vasitəsi də alan qadınlar seans haqqını ödəməkdən imtina ediblər. Gözəllik salonu sahibindən pul ödəmədən baxım seansları etməsini istəyən qadınlarla işçilər arasında mübahisə yaranıb. Bir müddət sonra isə iş yeri sahibi vəziyyəti polis qruplarına bildirib.