Bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.
Millətin Səsi.az xəbər verir ki, bunu Oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, külək axşama doğru tədricən mülayimləşəcək:
“Əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu Bakı və Abşeron yarımadasında gündüz saatlarında 14-16 dərəcə isti olacaq”.
G.Məmmədova qeyd edib ki, yaxın iki gün ərzində bölgələrdə də yağmursuz hava şəraiti gözlənilir:
“Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz saatlarında 18-23, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq”.