Dekabrın 9 və 10-da güclü maqnit qasırğaları gözlənilir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
“Dünən gecə baş verən “M8.1” sinifli partlayışdan sonra Yerə doğru plazma atılması nəticəsində 9 və 10 dekabr çərşənbə axşamı və çərşənbə günləri “G2-G3″ səviyyəsində (orta və güclü) maqnit qasırğaları gözlənilir”, – deyə bildirilib.


