ABŞ-da güclü qar fırtınası zamanı ölənlərin sayı 15-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Əlverişsiz hava şəraiti nəticəsində Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas və Nyu-York ştatlarında daha çox insan ölüb.
ABŞ-da pis hava şəraitinə görə, 1,8 mindən çox reys təxirə salınıb.