Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.
Modern.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində yarışan idmançı həlledici qarşılaşmada iranlı Poya Marzla üz-üzə gəlib.
Rəqibinə uduzan idmançımız gümüş medalla kifayətlənib.
Xatırladaq ki, bu gün 63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ryuto İkeda (Yaponiya) ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran) ilə güləşəcək.