Güllünün ölümü ilə bağlı qızı həbs edildi

Güllünün ölümü ilə bağlı qızı həbs edildi

“Güllü” ləqəbi ilə tanınan müğənni Gül Tutun ölümü ilə əlaqədar saxlanılan qızı Tuğyan Ülkem Gültər barəsində həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Tuğyan Ülkem Gültər haqqında “qəsdən adam öldürmə” ittihamı ilə cinayət işi açılıb.

İş üzrə saxlanılan Sultan Nur Ulu ev dustaqlığına, Arif Ulu və daha 2 nəfər isə azadlığa buraxılıb.

Qeyd edək ki, Güllü sentyabrın 26-da Yalova şəhərinin Çınarcık rayonundakı evinin balkonundan yıxılaraq ölüb.

Share: