Havaların isinməsi ilə günəş eynəklərinə tələbat da artır. Yaz və yay aylarında Günəş şüalarının təsiri 3 qat daha artıq olduğu üçün mütləq eynəkdən istifadə edilməlidir. Bəs günəş eynəyi seçərkən nələrə diqqət etmək lazımdır?
Günəş eynəyi seçərkən diqqət edəcəyimiz önəmli məqam eynəyin linzasının ultrabənövşəyi şüalardan yüz faiz qorumasıdır. Mütəxəssislər deyir ki, seçdiyiniz eynəyin polarizə olub olmadığını yoxlayın. Normal eynəklə polarizə eynəyi güzgüyə doğru tutun. Polarizə özəlliyi olan eynək digərinə nisbətdə işığı daha yükək faizlə udacaq və parıltı verməyəcək. Bundan əlavə polarizə xüsusiyyəti olan eynəyin rəngi daha tünddür.
Eynək seçərkən üzünüzə yaraşan, tam oturan və çərçivələrinin rahat olmasına diqqət edin. Üzə tam oturan eynəklər ultrabənövşəyi şüaların zərərli təsirindən gözləri qoruyur.
Seçdiyiniz eynəyin zəmanət kağızına baxaraq, şüşənin keyfiyyətli olduğunu göstərən emblemi yoxlayın.
Seçdiyiniz eynəyin plastmas deyil, orqanik şüşə olmasına diqqət edin./Metbuat.az