Dekabrın 23-də Günəşdə güclü partlayış baş verib.
Millətin Səsi.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər Yer kürəsində maqnit qasırğası olacağını proqnozlaşdırırlar.
Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, Günəşin şərq yarımkürəsində M8.9 səviyyəli kifayət qədər böyük partlayış qeydə alınıb.
Bu arada, Günəş Astronomiya Laboratoriyası artıq dekabrın 25-i axşam Yer kürəsini vuracaq maqnit qasırğasının proqnozunu verib.