Günəşdə yeni partlayış baş verib

Günəşdə yeni partlayış baş verib

Günəşdə sondan əvvəlki güc sinfinə (M) aid partlayış baş verib.

Milletinsesi.az TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Avqustun 8-də Moskva vaxtı ilə saat 6:53-də (Bakı vaxtı ilə 7:53 – red.) rentgen diapazonunda 4 168 (N04W43) günəş ləkələri qrupunda 32 dəqiqə davam edən M2.8 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Ümumilikdə avqust ayında bu gücdə doqquz partlayış olub və demək olar ki, hamısı eyni günəş ləkələri qrupundadır. Onlardan ən güclüsü isə M4.4-dür.

Share: