Milletinsesi.az xəbər verir ki, telejurnalist, aparıcı Günel Gözəlova MTV Azərbaycan televiziya kanalının Baş redaktoru vəzifəsinə təyin olunub.
24 illik fəaliyyəti dövründə Azərbaycan Dövlət Televiziyası “Səhər-İnformasiya deparamenti”ndə aparıcı-redaktor, “Lider TV və Azərbaycan Radiosu” MMC-də reportyor, aparıcı, “Gənclər” redaksiyasının Baş redaktoru “Lider xəbər” Departamentinin rəis müavini , Ana xəbərin aparıcısı- müdiri, Azərbaycan Memarlıq və İnşaat Universitetində Mətbuat katibi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri, nazirin sözçüsü kimi fəaliyyətini davam etdirib.
Günel Gözəlova Beynəlxalq Avrasiya Mətbuat Fondunun Media və Təhsil sahəsi üzrə Vitse- Prezidenti kimi də çalışıb. Telejurnalist, eyni zamanda “Bizim Yol” MMC-nin icraçı direktoru, bizimyol.info-nun məsul redaktoru kimi fəaliyyətini davam etdirib.
Telejurnalist Azərbaycan Beynəlxalq Universitetində Jurnalistika kafedrası, Azərbaycan və Beynəlxalq jurnalistika üzrə tədris edib. Günel Gözəlova ”Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin sədridir.
Fəaliyyəti dövründə xəbər aparıcısı, telereportyor, redaktorluqla yanaşı, bir sıra sənədli filmlərin-Azərbaycanın Birinci xanımı, Mehriban Əliyevanın doğum gününə həsr olunan “Bir İnci Xanım”, aprel döyüşlərində Şəhid olan 3 pilot Milli qəhrəmanlarımıza həsr olunan “Şahinlər”, Milli Paralimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş “Hünərin gücü”, Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimova həsr olunan “Mübariz”, Azərbaycanda keçirilən 1-ci Avropa Oyunlarına həsr olunan İntibahın zirvəsi”, Uşaq onkologiyası haqqında “Xilaskar”, Milli Onkologiya mərkəzinin Baş Direktoru, məşhur onkoloq Cəmil Əliyevə həsr olunmuş film. Onkoloji xəstəliklər haqqında “İkinci həyat” filmlərinin ssenari müəllifi və redaktoru olub.
Günel Gözəlova Televiziya və radio sahəsində xidmətlərinə görə, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.