Güney Azərbaycanda tarixi abidələr restavrasiya adı ilə məhv edilir

Güney Azərbaycanın Makı şəhərində tarixi abidələr restavrasiya adı ilə İranın tikinti şirkəti tərəfindən məhv edilir.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilib ki, İranın Mədəni İrs Nazirliyi yanında Tarixi Yerlərin İnkişafı, Bərpası və İstismar Fondu “Pərdisan layihəsi” adı altında bağlanmış müqavilə əsasında Makı şəhərində bir neçə tarixi bina, o cümlədən Maliyyə, Şəhrəbanu, Milli Bank və Kulahfirəngi binaları təmir üçün Kermanın “Mahan Holding” şirkətinə həvalə edib.

Lakin videodan da göründüyü kimi, təmir-bərpa işlərinin qeyr-standart şəkildə həyata keçirilməsi binaların orijinallığını itirməsinə və məhvinə səbəb olub.

 

Mənbə

Share: