Qoç – sövdələşmə, anlaşma, maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Səyahət, səfər və ya köç üçün münasib zamandır.
Buğa – bütün xırdalıqları nəzərə alın. Maraqlı dəvət ala bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər – bütün problemləri bir həmlə ilə çözə biləcəyinizi düşünməyin. Əsla belə deyil. İnsanların çox olduğu məkanlara yollanmayın.
Xərçəng – yaxşı tanımadıınız insanların yanında özünüzü rahat hiss etməyəcəksiniz. Köhnə dostlarla münasibətlərdə gərginliyin yaranmasına imkan verməyin.
Şir – etibar etdiyiniz, inandığınız şəxslərlə təmaslarla kifayətlənin. Peşəkar fəaliyyət sahəsindəki perspektivlərlə bağlı məsələlərə nəzər salın.
Qız – yeni imkanlar yarada biləcək insanlarla qeyri-formal şəraitdə danışıqlar aparmaq olar. İşgüzar danışıqlarda emosional olmayın. Belə davranış yaxşı heç nə vəd etmir.
Tərəzi – səhər saatlarından etibarən zəhmətkeş olsanız və çalışsanız, gün uğurlu keçəcək. Yaxın ətrafınızdakı insanların qayğısına qalın.
Əqrəb – yaradıcılıq potensialının səviyyəsi artır. Yeni fəaliyyət sahələrində irəliləyişlər ola bilər. Daha təcrübəli şəxslərlə birgə fəaliyyət üçün əlverişli zamandır.
Oxatan – onların bilik və bacarıqlarından yararlanın. Günün ikinci yarısında emosional fon pisləşəcək. Sizdə qarışıq hisslərə səbəb olan insanlarla görüşməyin. Yaşlı qohumlarla münaqişə ehtimalı var.
Oğlaq – çətin problemlərin həlli üçün əlverişli zamandır. Ciddi olun, düşünülməmiş addımlar atmayın. Qərarlarınızda ilkin təhlili unutmayın.
Dolça – yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi işi başa vura bilərsiniz. Yeni tanışlara inanmağa tələsməyin. Onların arasında sizi aldatmağa çalışan da var.
Balıqlar – təşəbbüskar olun, ideyalanınızı müzakirə edin. Günün ikinci yarısı uzaqdan gəlmiş insanla görüş, səfər, yaşam arealında dəyişikliklər üçün əlverişlidir. İmiclə eksperimentlər etmək olar.