Günün ulduz falı – 22 Oktyabr

Qoç – alış-veriş üçün əlverişli zamandır. Yaxınlarınıza diqqət ayırın, onların qayğısına qalın. Problemlərini sizinlə bölüşmək istəyən insanları dinləyin. Belədə iradlar və inciklik olmayacaq.

Buğa – nigaranlıq və narahatlıq yarana bilər. Yaxın ətrafınızdakı insanların sizə qarşı olduqlarını düşünməyin. Fikir ayrılıqlarını həll edin, dəyər verdiyiniz insanlarla dil tapın. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Sövdələşmə və anlaşmalar gəlir verəcək.

Əkizlər – yaradıcılıq planlarının həyata keçirilməsi üçün münasib zamandır. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. İşlər çox olsa belə, yorğunluq və gərginlik hiss etməyəcəksiniz. Yaxınlarınızla danışın, yaxın gələcəklə bağlı planları müzakirə edin.

Xərçəng – son vaxtlar sizi narahat edən məsələləri həll etmək imkanları yaranıb. Şəxsi münasibətlərdəki gərginliyi aradan qaldırın. Peşəkar fəaliyyət müstəvisindəki maneələrlə sədləri dəf etmək olar. Təxəyyülünüzü və məntiqinizi işə salın. Problemlərin orijinal həlli ənənəvi metodlarla müqayisədə daha effektivdir.

Şir – alacağınız məbləğin “gəlişi” ləngiyir. Narahat olmayın, ağır maliyyə böhranı olmayacaq. Sadəcə, xərcləri bir qədər azaldın. Bəzi alışları təxirə salın. Axşam saatlarında gəzintiyə çıxın.

Qız – İşdə mübahisə edən həmkarlarınızı barışdırın. Sülhməramlı missiyanın öhdəsindən gələ bilərsiniz. Çətin vəziyyətə düşmüş insana yardım edin. Soyuqqanlı və təmkinli davranın.

Tərəzi – çoxdankı plan və ya məqsədlərdən birinin reallaşdırılması üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisindəki maneələri dəf edin. Şəxsi münasibətlərdəki çətinliklərin aradan qaldırılması üçün səy göstərin.

Əqrəb – Əvvəllər etdiyiniz səhvləri xatırladır, istənilən qərar və ya addımınızı sərt tənqid edirlər. Gün sakitlik vəd etmir. Dəyər verdiyiniz, sayğı bəslədiyiniz insanın könlünü qırmayın. Yaranmış situasiyanı sakit şəraitdə, tələsmədən təhlil edin. Effektiv fəaliyyət taktikası hazırlayın. Belədə bir çox problemləri çözə bilərsiniz.

Oxatan – çətin zamandır. Qarşınıza qoyduğunuz məqsədə tezliklə çatmaq mümkün deyil. Buna görə də başladığınız işlərə marağınız itməsin. Sözsüz, onların bəzilərini yaxın vaxtda bitirmək çətindir. Amma yolunuzdan dönməyin, çalışın, zəhmət çəkin. İşdə rəhbərliklə fikir ayrılığı və ya mübahisə ola bilər.

Oğlaq – təkliflərdən birini dəyərləndirsəniz, gəlir əldə edə bilərsiniz. Axşam saatlarında səfərə yollanın. Yaxınlarınıza hədiyyə verin, onları sevindirin. Dəyər verdiyiniz insanların qayğısına qalın.

Dolça – risk etməkdən çəkinməyin. Yeni işlər və layihələrdə sizi uğurlar gözləyir. Nüfuzlu insanlarla, məmurlarla təmaslar, sənədləşdirmə üçün yaxşı gündür. Danışıqlar və müzakirələr üçün yaxşı gündür.

Balıqlar -sınaqdan uğurla çıxacaqsınız. Yaxınlarınıza yardım edin. Ailə problemlərini həll edə bilərsiniz. Tanışlarınızın sizə rəğbəti artacaq. Alış-verişdə istədiyiniz əşyanı ala bilərsiniz. Səhhətiniz üçün profilaktik tədbirlər effektiv ola bilər. İmiclə eksperimentlər pis alınmayacaq.

Share: