Gürcüstan Bakı və İrəvanın sülh danışıqlarını dəstəkləyir

Gürcüstan Bakı və İrəvanın sülh danışıqlarını dəstəkləyir

“Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir”.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Avropa Siyasi Birliyinin sammiti öncəsi keçirdiyi brifinqdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

 

O bildirib ki, belə təmaslar həm bu ölkələrin, həm də bütün regionun maraqlarına cavab verir.

 

“Gürcüstan 44 günlük müharibədən sonra İrəvanla Bakı arasındakı təmaslarda vasitəçi kimi çıxış etdi. Bizim mövqeyimiz və rolumuz regionda sabitliyin və sülhün möhkəmləndirilməsi kontekstində neytral və qərəzsizdir”, – o qeyd edib.

Mənbə

Share: