Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili deyib.
O xatırladıb ki, ötən ilin avqustunda Türkiyədə üç ölkənin kənd təsərrüfatı nazirlikləri arasında Strateji əməkdaşlıq barədə Bəyannamə imzalanıb:
“Biz aparıcı fındıq istehsalçıları olan Gürcüstan, Azərbaycan və Türkiyədə müntəzəm olaraq festival keçirməyi qərara almışıq”.
Qeyd edək ki, sentyabrın 7-də Gürcüstanın Zuqdidi şəhərində ilk dəfə fındıq festivalı keçirilib. Bu tədbirin hər il keçirilməsi nəzərdə tutulub.