Gürcüstan hakimiyyəti Avropa üçün problemdir

Tbilisi meri Kaxa Kaladze Rusiyaya qarşı sanksiyaları rədd etdiyi üçün Gürcüstana Aİ-yə namizəd statusunun verilmədiyini deyib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Kaladze bunu müharibə ilə də əlaqələndirib.

 

“Namizəd statusunun verilməsindən imtina siyasi qərar idi və cəmiyyət bunun niyə baş verdiyini çox gözəl anladı. Gürcüstan hakimiyyəti onlar üçün problemdir, çünki sanksiyalara qoşulmur, müharibəyə başlamır, müharibədə ikinci cəbhə açmır”, – deyə o qeyd edib.

 

Tbilisi meri əlavə edib ki, hakimiyyət namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə işləyir.

Mənbə

Share: