Gürcüstan müxalifəti Baş naziri etiraz aksiyası ilə QARŞILADI

Gürcüstan müxalifəti bu gün – iyunun 30-da Baş nazir İrakli Qaribaşvilinin parlamentdə illik hesabatla çıxışına etiraz etmək məqsədilə qanunverici orqanın qarşısında aksiya keçirib.

 

Modern.az xəbər verir ki, müxalifət fəalları hökumət başçısının cəmiyyətə yalanlarla dolu hesabat təqdim edəcəyini bildiriblər.

 

“Hamımız onu etirazla qarşılamalıyıq və o, özünü Rusiya ilə əməkdaşlıq edən, qeyri-legitim Baş nazir kimi hiss etməlidir. O, heç bir yerdə rahat olmayacaq və yaxşı qarşılanmayacaq, çünki o, işğalçı ölkə ilə əməkdaşlıqda ifşa olunan hökumət başçısıdır”, – aksiya iştirakçılarından biri İqor Narmaniya söyləyib.

 

Aksiya iştirakçıları hakim “Gürcü Arzusu” Partiyasından olan deputatları da etiraz şüarları ilə qarşılayıblar.

 

Qeyd edək ki, Qaribaşvili illik hesabatında bildirib ki, Ukraynada davam edən müharibə təkcə region üçün deyil, bütün dünya üçün bir çağırışdır.

Mənbə

Share: