Gürcüstan parlamentinin deputatları Eka Beseliya və Zviad Kvaçatiradzenin təşəbbüsü ilə ölkə parlamentində Keşikçidağ məsələsiylə bağlı qapalı görüş keçiriləcək.
Milletinsesi.az xəbər verir ki, qapalı görüşdə Gürcüstanın Demarkasiya və Delimitasiya üzrə Dövlət Komissiyasının sədri Laşa Darsaliya deputatların suallarına cavab verəcək.
Eka Beseliya jurnalistlərə açıqlama verərək, deputatların dinləməyə ciddi əhəmiyyət verdiklərini bildirib:
“Biz Çiçxituri və Udabno monastırları haqqında danışmaq istəyirik. Siz bilirsiniz ki, təkcə turistlər yox, həmçinin, ruhanilərin girişi üçün məhdudiyyət mövcuddur”.