Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin Mərkəzi Seçki Komissiyası sədrinin və üzvlərinin seçilməsi prosedurunu dəyişdirən qanuna veto qoymasını dəf edib.
Milletinsesi.az xəbər verir ki, bunun üçün yaz sessiyası bağlandığından növbədənkənar iclas çağırılıb.
Hakim çoxluq vetonun götürülməsini 78 səslə təsdiqləyib. MSK-nın sədrini və üzvlərini 5 il müddətinə seçmək üçün indi parlamentin səslərinin üçdə ikisinin deyil, sadə səs çoxluğu lazımdır. Müsabiqə komissiyasının yaradılması və namizədlərin irəli sürülməsi hüququ prezidentdən parlamentin sədrinə keçir.
Belə ki, prezident indi yalnız parlament onları ilk dəfə təsdiq edə bilməsə, namizədliyin irəli sürülməsi prosesinə müdaxilə edə bilər.