
“Bütün Gürcüstan Ukraynanın yanındadır”.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Twitter” hesabında bildirib.
Xanım prezident Rusiyanın Ukraynanın paytaxtını və digər şəhərlərini bombardman etməsi barədə xəbərlərin dəhşətli olduğunu vurğulayıb.
“Mülki insanlara qarşı hücum qorxu yaratmaq cəhdidir. Amma dünya Ukrayna xalqının qətiyyətini gördü”, – deyə Zurabişvili Ukraynaya dəstəyini ifadə edib.
Terrible news of bombing of Kyiv and other cities. An indiscriminate attack on civilians meant to destroy, to instill fear.
But the world has seen the determination of the Ukrainian nation. All of Georgia stands with Ukraine.#SlavaUkraini
— Salome Zourabichvili (@Zourabichvili_S) October 10, 2022


