Gürcüstan səfiri 48 saata ölkəni tərk etməlidir

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətindən narahatdır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə Gürcüstan səfirini çağırmağı tapşırıb.

 

“Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür”, – Zelenski qeyd edib.

 

O, Gürcüstan səfirinin 48 saat ərzində ölkəni tərk etməsini istəyib.

Mənbə

Share: