Gürcüstan sərhəddə üztanıma sistemləri quraşdıracaq

Gürcüstan hökuməti öz sərhəd-keçid məntəqələrində üztanıma sistemlərinin inteqrasiyasını ilin sonunadək tamamlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin parlamentə təqdim edilmiş illik hesabatında yer alıb.

 

Bildirilib ki, layihə çərçivəsində sərhəd-buraxılış məntəqələrində lazım olan texniki vasitələrin və proqramların quraşdırılması 2023-cü ilin sonunadək başa çatdırılacaq.

 

Tətbiq olunacaq yeni sistem ölkəyə daxil olan, həmçinin ölkədən çıxan şəxslərin axtarışda olmasını, deportasiya edilmiş və ya saxta sənədlərlə səyahət etməsini müəyyənləşdirməyə imkan verəcək. Layihə hazırda sınaq mərhələsindədir və müvafiq satınalma və quraşdırma mərhələsinə keçiləcək.

 

Hesabatda qeyd edilib ki, bu sistemlər ölkənin sərhəd təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında mühüm rol oynayacaq.

Mənbə

Share: