Gürcüstana gedən yük maşınından mobil telefonlar aşkarlandı

Gürcüstana gedən yük maşınından mobil telefonlar aşkarlandı

Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında “Mazımqara” gömrük postunun ixrac nəzarət xəttində Azərbaycan Respublikasından Gürcüstana gedən Gürcüstan vətəndaşının idarə etdiyi yük-nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib.

 

Bu barədə Moderator.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun müxtəlif hissələrində şübhəli cizgilər müşahidə edilib.

 

Həyata keçirilən ətraflı yoxlama nəticəsində nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən 47 ədəd “iPhone”, 34 ədəd “Samsung”, 4 ədəd “Xiaomi” markalı mobil telefonlar aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gürcüstana gedən yük maşınından mobil telefonlar aşkarlandıGürcüstana gedən yük maşınından mobil telefonlar aşkarlandı

Mənbə

Share: