
Gürcüstanda 12 növ virusa yoluxma qeydə alınıb. Bunlar arasında ən çox yayılan A tipli viruslardır.
Modern.az xəbər verir ki, bu barədə Tbilisidəki Tsitsişvili adına yeni klinikanın tibb direktoru Maya Çxaidze məlumat verib.
Onun sözlərinə görə, gələn il yanvar-fevral aylarında viruslara yoluxma üzrə göstərici pik həddə çatacaq.
Həkim qeyd edib ki, yoluxma zamanı müalicənin effektivliyini artırmaq üçün 24 və 48 saat ərzində qan analizləri verilməlidir.