Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 775 yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.
Milletinsesi.az xəbər verir ki , bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 51 993 nəfərə, ölənlərin sayı isə 423 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 37 019 nəfərin sağaldığı bildirilir.