Gürcüstanda 2927 yeni yoluxma, 24 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 927 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  60 680 nəfərə, ölənlərin sayı isə 499 nəfərə çatıb.

Virusa yoluxanlardan 45 042 nəfərin sağaldığı bildirilir.

Share: