Gürcüstanda bəzi məhdudiyyətlərin müddəti noyabrın 1-dək uzadılıb

Gürcüstanda bəzi məhdudiyyətlərin müddəti noyabrın 1-dək uzadılıb.
Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Bildirilir ki, ölkədə epidemioloji vəziyyət narahatlıq doğurur. Gürcüstanda son günlər koronavirusa yoluxma hallarının artması səbəbindən teatr, kinoteatr və uşaq əyləncə mərkəzlərinin açılması noyabrın 1-dək təxirə salınıb.
Qeyd edək ki, ölkədə kinoteatrların sentyabrın 15-də, teatrların isə oktyabrın 1-də açılması nəzərdə tutulurdu.
Share: