Gürcüstanda hakim partiya seçkidə bütün bələdiyyələr üzrə qalib gəlib

Gürcüstanda hakim partiya seçkidə bütün bələdiyyələr üzrə qalib gəlib

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası bələdiyyə orqanlarına deputat və mer seçkilərində bütün bələdiyyələr üzrə qalib gəlib.

Milletinsesu.az Oxu.Az-a istinadən bildirir ki, bu barədə protokolların 100%-i emal edildikdən sonra Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda deyilir.

Məlumata görə, “Gürcü arzusu” ölkə üzrə 81%-dən çox səs toplayıb. Hakim partiya bütün şəhər və rayon məclislərində çoxluq əldə edib.

Tbilisidə hakim partiyadan mer vəzifəsinə namizəd Kaxa Kaladze səslərin 71.61%-ni toplayıb.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkisi keçirilib.

Share: