Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 595 yoluxma halı qeydə alınıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 22 803 nəfərə, ölənlərin sayı isə 178 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 4 408 nəfər karantində saxlanılır. Koronavirusa yoluxanlardan 9 401 nəfərin sağaldığı bildirilir.