Azərbaycanın qonşusu olan Gürcüstanda hal-hazırda 103 nəfər koronavirusa yoluxub.
“Gazeta.ru” xəbər verir ki, koronavirus pandemiyası səbəbindən ölkədə aprelin 21-dək fövqəladə hal elan edilib, bazar ertəsindən başlayaraq isə karantin və 21:00-dan 06:00-dək komendant saatı tətbiq edilir.
İctimai nəqliyyat, o cümlədən metro fəaliyyəti durdurulub, bir avtomobilə maksim üç nəfər minə bilər, 70 yaşından yuxarı şəxslər yalnız yaxındakı mağaza və aptekə getmək üçün evini tərk edə bilər./oxu.az