Gürcüstanda koronavorusa yoluxmuş ən kiçik xəstənin 2 yaşı var

Gürcüstanda koronavirusa yoluxma təsdiqlənmiş xəstələrdən ən yaşlısının 82, ən balacasının isə 2 yaşı var.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktorunun müavini Paata İmnadze keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, yoluxanların orta yaş həddi 37-dir.

Qeyd edək ki, hazırda ölkədə 73 nəfərdə COVİD-19 virusuna yoluxma təsdiqlənib ki, onlardan 10-u artıq sağalıb.

Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb.

Share: