Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, ölkədə 188 şəxs COVID-19 infeksiyasına yoluxub. Onlardan 36-sı sağalıb, 2-si isə həyatını itirib.
Hazırda 5056 nəfər karantində, 386 nəfər isə stasionar nəzarətdə saxlanılır.