Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  204 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

Milletinsesi.az xəbər verir bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 262 228, ölənlərin sayı isə 3 298 nəfərə çatıb.

Virusa yoluxanlardan 254 350 nəfərin sağaldığı bildirilir.

Share: