Gürcüstanda son sutkada 1881 nəfər koronavirusa yoluxub, 37 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 881 yoluxma halı qeydə alınıb, 37 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 218 724, ölənlərin sayı isə 2 313 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 196 220 nəfərin sağaldığı bildirilir.

Share: