Gürcüstanda son sutkada koronavirusa 469 yoluxma qeydə alınıb, 14 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 469 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

Milletinsesi.az-ın verdiyi məlumata görə , bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 249 934, ölənlərin sayı isə 2 987 nəfərə çatıb.

Virusa yoluxanlardan 236 922 nəfərin sağaldığı bildirilir.

Share: