“Gürcüstanda torpaq sürüşüb, 6-sı uşaq olmaqla 16 nəfər torpaq altında qalıb”

Gürcüstanın qərbində yerləşən Şovi kurort şəhərində torpaq sürüşməsi nəticəsində 6-sı uşaq olmaqla 16 nəfər torpaq altında qalıb.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin “Sanset Şovi” mehmanxanası yaxınlığında baş verib.

Hadisə yerinə xilasedicilər, mobil xüsusi texnika, o cümlədən sərhəd polisinin helikopteri cəlb olunub.

Yerli sakinlər vurğulayıblar ki, dağın bir hissəsinin uçması nəticəsində kottec və ona yaxın ərazidəki binalar dağılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə təbii fəlakət nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmadığını bəyan edib.

Mənbə

Share: